Baydenin iti yeddi nəfəri qapdı, Ağ Ev isə… – VİDEO

ABŞ Prezidenti Co Baydenin ailəsinə məxsus alman çoban iti dörd ay ərzində Məxfi Xidmətin yeddi əməkdaşını qapıb. Zərərçəkənlərdən biri hətta xəstəxanaya yerləşdirilib.

Globalinfo.az oxu.az-a istinadən bildiri ki, Ağ Evdən artıq bununla bağlı şərh verilib və “Commander” ləqəbli itin aqressivliyi ABŞ rəhbərinin iqamətgahındakı stresli vəziyyətlə izah olunub.

“Ağ Evdə qalmaq… Hamımız üçün unikal və stresli bir təcrübədir. İndi ev heyvanının nələr çəkdiyini təsəvvür edin”, – deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

O, həmçinin vurğulayıb ki, it dişləmələri ilə bağlı hər bir hadisəyə iş yerində alınan xəsarət kimi yanaşılıb.

Qeyd edək ki, Ağ Evdən verilən şərh sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzilər açıqlamanı gülünc adlandırıb, digərləri isə dörd ayda yeddi dəfə adam qapan itin hərəkətinin normal olmadığını bildiriblər.