Baydendən jurnalistə: “Niyə belə axmaq sual verirsən?”

ABŞ prezidenti Co Bayden Ukrayna Federal Təhqiqatlar Bürosu (FTB) dosyesi ilə bağlı sual verən jurnalistə qarşı kobudluq edib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, “The New York Post”un jurnalisti Stiven Nelson Baydendən FTB-nin Ukrayna ilə bağlı faylında niyə onu “Böyük oğlan” adlandırdığını soruşub.

Jurnalistin sualından hiddətlənən Bayden “Niyə belə axmaq sual verirsən?” deyə ona qarşılıq verib.