Bayden Zelenski ilə nə danışıb?

bayden zelenski 1

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə danışıb.

Onun sözlərinə görə, Bayden telefon danışığında ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib:

“Prezident bir neçə dəqiqə əvvəl Zelenski ilə telefonla danışıb. Bayden bir daha son üç il ərzində ABŞ tərəfindən Ukraynaya göstərilən dəstəyin davam etdiriləcəyini qeyd edib”.

Karinenin sözlərinə görə, Bayden Zelenskiyə gedə bilmədiyi Romada baş tutmalı olan görüşə görə zəng edib. İtaliyaya səfərin təxirə salınmasına səbəb Los-Ancelesi bürüyən yanğınlar olub.