
ABŞ Prezidenti Co Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən sammitində çıxışı zamanı Kamboca və Kolumbiyanı qarışdırıb.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Co Bayden Kamboca və Kolumbiyanı qarışdıraraq ASEAN sammitinə görə minnətdarlığını bildirib.
“Mən Kolumbiyanın Baş nazirinə ASEAN-a sədrlik etdiyinə görə təşəkkür etmək istəyirəm”, – Bayden Kambocanın Baş naziri Hun Senə deyib.
Qeyd edək ki, ASEAN sammiti 2005-ci ildən keçirilir, bu il tədbirə Kamboca sədrlik edir.