Bayden Ukraynanı NATO ilə qarışdırdı, sərt cavabla üzləşdi – VİDEO

ABŞ Prezidenti Co Bayden Ukraynanı NATO ilə qarışdırıb və Konqresi alyansı maliyyələşdirmək üçün qanun qəbul etməyə çağırıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi Delaverə səfəri zamanı danışıb.

Respublikaçı Milli Komitə Baydenə sərt cavab verib və ona xatırladıb ki, Ukrayna NATO deyil, İsrail və Tayvan da deyil.