Bayden Ukrayna ilə bağlı kritik qərar verəcək – TARİX

“Co Bayden prezident seçkilərində qalib gələcəyi halda ABŞ hərbçilərini Ukraynaya göndərəcək”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı iş adamı Devid Saks deyib.

Onun sözlərinə görə, Co Bayden tənqidlərlə üzləşəcəyi üçün seçkilərdən əvvəl belə bir addım atmayacaq.

“Amma mənim heç bir şübhəm yoxdur. O, ikinci müddətə seçilərsə, Ukraynaya quru qoşunlarını göndərəcək”, – D.Saks vurğulayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabr ayında keçiriləcək.

Safura Bənnayeva
Globalinfo.az