ABŞ Prezidenti Co Bayden xanımı ilə birlikdə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts açıqlayıb.
Beyts Baydenin mərasimdə iştirak edəcəyinə söz verdiyini bildirib:
“Co Bayden seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq inaqurasiya mərasiminə qatılacağına söz verib. o, xanımı ilə birlikdə andiçmədə iştirak edəcək. Bu, demokratik dəyərlərə sadiqliyin nümayiş etdirilməsidir”.
Qeyd edək ki, andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az