63703651 604

ABŞ Prezidenti Co Bayden İsranın İsrailə hücumu ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. 

Globalinfo.az xəbər verir ki, bunu şuranın sözçüsü Sean Savett açıqlayıb.

Məlumata görə, Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı İsrailin müdafiəsinə kömək etmək və onu hədəf alan raketləri vurmaq üçün göstəriş verib.

Savettin sözlərinə görə, Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harris Ağ Evdən baş verənləri izləyirlər.

“Prezident Bayden Kamala Harris və onların milli təhlükəsizlik üzrə köməkçiləri İranın yaxın gələcəkdə İsrailə qarşı ciddi raket hücumu həyata keçirmək planlarını müzakirə etmək üçün görüşüb. Onlar ABŞ-ın İsrailə kömək etmək üçün hazırlıqlarını nəzərdən keçiriblər. ABŞ qüvvələrinin bölgədəki təhlükəsizliyini təmin etmək də müzakirə mövzusu olub”, – deyə Sean Savett vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

 

 

Paylaş: