585897ef8d0d38ee77f42322f61c716d

ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Szinpin San-Fransisko yaxınlığındakı Filoli malikanəsində görüşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tutub.

Görüşdükdən sonra tərəflər əl sıxışıblar, sonra danışıqlar üçün binaya daxil olublar.

Bayden bildirib ki, ABŞ və Çin onların rəqabətinin münaqişəyə çevrilməməsini təmin etməlidir. Rəsmi Vaşinqton məhz buna çalışır.

Çin sədri isə bəyan edib ki, ölkəsilə ABŞ arasında münasibətlər rəvan getmir, rəqabət isə bu problemləri həll etməyəcək.

KİV-in məlumatına görə, Amerika kəşfiyyat orqanları iki ölkə liderinin görüş yeri ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Filoli malikanəsindən 10 km aralıda yol bağlanıb.

Qeyd edək ki, S.Szinpin ABŞ-da səfərdədir.

Paylaş: