ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Lammi ilə keçirdiyi mətbuat konfransında deyib.
Ağ Ev rəsmisi liderlərin Ukraynaya verilən uzaqmənzilli raketlərə qoyulan məhdudiyyətdən danışacağını bildirib:
“ABŞ Prezidenti Co Bayden cümə günü Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə danışacaq. Görüş zamanı Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Qərbin uzaq mənzilli silahları ilə zərbə endirməsinə icazə verilməsi məsələsi müzakirə olunacaq”.