Bayden Qafqaza məktub göndərdi: “Məyusuq”

“Gürcüstanın antidemokratik fəaliyyətindən məyusuq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden gürcüstanlı həmkarı Salome Zurabişviliyə məktubunda yazıb.

“Gürcüstan hökumətinin Kreml stilində xarici agentlər haqqında qanunu qəbul etməsi və gürcü siyasətçilərinin yalan bəyanatları kimi antidemokratik fəaliyyətlərindən məyusuq”, – o bildirib.

Bayden gürcü xalqının demokratik gələcəyə bağlılığını alqışladığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-la Gürcüstan arasında münasibətlər pisləşib. Vaşinqton Tbilisiyə milyonlarla dollarlıq yardımları dayandırıb, əvəzində vətəndaş cəmiyyəti üçün yardımları artırıb.

Əliyar Xəlil
Globalinfo.az