ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Yaxın Şərq regionunda gərginliyi artırmamağı, dərhal girovların azad edilməsi və atəşkəslə bağlı danışıqlara başlamağı tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios”a iki ABŞ rəsmisi məlumat verib.
Qeyd olunur ki, Bayden və onun köməkçiləri İsrailin Beyrut və Tehranda törətdiyi əməllərdən dərin məyusluq hissi keçirir.
“ABŞ rəsmiləri 1983-cü ildə Beyrutda 241 ABŞ dəniz piyadasının öldürülməsində iştirak edən Hizbullahın yüksək səviyyəli hərbi komandiri Fuad Şükrün və ya HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümünə yas tutmurlar. Lakin onlar inanırlar ki, Netanyahu Baydeni sui-qəsd planları ilə bağlı məlumatsız saxlayıb.
Mənbə bildirib ki, Bayden Netanyahuya zəng edərək İran və Hizbullahdan qisas almaq üçün ABŞ-İsrail birgə hərbi hazırlıqlarını müzakirə edib və Netanyahunun hərəkətlərindən narazı olduğunu açıq şəkildə diqqətə çatdırıb.
“Bayden Netanyahuya deyib ki, ABŞ İsrailə İranın hücumunu dəf etməyə köməklik göstərəcək. Lakin bundan sonra Təl-Əviv eskalasiyaya yol verməməlidir. Çünki yeni eskalasiya baş versə, İsrail ABŞ-ın köməyinə ümid etməməlidir”, – deyə Bayden vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az