Bayden qapalı iclasda Netanyahunu təhqir edib?

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu haqqında nalayiq ifadələr işlədib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” Bayden administrasiyasına yaxın mənbələrə istinadən məlumat yayıb.

Nəşr ABŞ prezidentinin Netanyahudan şübhələndiyini və onu “pis adam” adlandırdığını iddia edib.

Ağ Ev sözügedən məlumatları təkzib edib:

“ABŞ prezidenti belə söz deməyib, deməyəcək də. Liderlər arasında hörmətə əsaslanan münasibət var”.

Qeyd edək ki, Co Baydenin qapalı toplantılarda təhqiramiz ifadələri xüsusilə Donald Trampın ünvanına səsləndirdiyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az