Bayden Messini təltif edəcək

Bayden Messini təltif edəcək

ABŞ Prezidenti Co Bayden ölkənin “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messini təltif edəcək.

Globalinfo.az xəbər verir ki,  məşhur futbolçuya Prezidentin “Azadlıq” medalının təqdim olunacağı açıqlanıb.

Ağ Evdə baş tutacaq təltifetmə mərasimində Messi ilə yanaşı digər rəsmi şəxslərin də mükafatlandırılacağı bildirilir.

Qeyd edək ki, Prezident Azadlıq medalı ABŞ Prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biridir.