Bayden məni güllələtdirmək istəyirdi – Trampdan sensasiya

“2022-ci ildə Floridadakı malikanəmdə axtarış aparıldığı zaman ABŞ prezidenti Co Bayden silahlı agentlərdən məni vurmaqlarını istəyib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp bu bəyanatı məxfi milli təhlükəsizlik sənədlərini saxladığı Mar-a-Laqo klubunda FTB-nin axtarış aparmaq icazəsini əks etdirən məhkəmə ərizəsinə cavab olaraq verib.

Bəyanatda bildirilir ki, qaçılmaz təhlükə fonunda FTB agentlərinə ölümcül güc tətbiq etmək icazəsi verilib. Lakin Tramp bildirib ki, bu, Ədliyyə Nazirliyinin onu vurmağa və ailəsinə zərər verməyə hazır olduğunu göstərib.

“Məlum oldu ki, Bayden öz agentlərinə öldürücü zərbədən istifadə etmək səlahiyyəti verib. Bilirsiniz, onlar ağlasığmaz addımı atmaq üçün səbirsizlənirlər. Co Bayden məni öldürməyə və ailəmi təhlükəyə atmağa hazırdır. O, məni qorxuda biləcəyini düşünür”, – Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az