Bayden kralın tacqoyma mərasiminə xanımını göndərir

ABŞ prezidenti Co Bayden Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, mayın 6-da keçirilməsi planlaşdırılan mərasimdə Co Baydenin əvəzinə onun həyat yoldaşı Cill Bayden Böyük Britaniyaya gedə bilər.

Co Baydenin yaşla bağlı problemlərə görə Britaniyaya gedə bilmədiyi qeyd olunur. Amerika mənbələri qəzetə bildirib ki, xarici səfərlər Amerika prezidentinin kifayət qədər enerjisini alır.

Britaniya qəzeti qeyd edir ki, Co Bayden aprelin 11-də Belfasta gələcək. O, Belfast sazişinin imzalanmasının 25-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək. Ehtimal olunur ki, burada III Çarlzla görüş ola bilər. Bundan sonra İrland kökləri olan Bayden aprelin ortalarına qədər Dublinə səfər edəcək.