Bayden bu ölkələrə görə xalqa müraciət edəcək

ABŞ Prezidenti Co Bayden xalqa müraciət edəcək.

Globalinfo.az xəbər verir ki, Bayden böyük qlobal dönüş nöqtəsində olduqlarını bildirib.

“HƏMAS-ın İsrailə qarşı terror hücumları. Qəzzada humanitar yardıma ehtiyac var. Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi davam edir. Biz partiya və ya siyasətdən daha böyük qlobal dönüş nöqtəsindəyik. Bu axşam saat 20:00-da mən Oval Kabinetdən xalqa müraciət edəcəyəm”, – Bayden qeyd edib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski “X” sosial şəbəkəsində ABŞ Prezidenti Co Baydenlə telefon danışığı apardığını açıqlamışdı. Ukrayna liderinin sözlərinə görə, söhbət zamanı o, Ağ Evin sahibinə “müdafiə sahəsində son sazişlərin səmərəli şəkildə həyata keçirilməsinə görə” təşəkkür edib.