Bayden G20 sammitinin iclasına yarım saat gecikdi – VİDEO

ABŞ Prezidenti Co Bayden G20 sammitinin keçirildiyi məkana gecikib.

Globalinfo.az bildirir ki, Amerika lideri təxminən yarım saat gec gəlib.

Ərzaq və enerji təhlükəsizliyinə həsr olunmuş birinci sessiyanın yerli vaxtla saat 09:30-da başlaması planlaşdırılırdı. Nəticədə bütün iştirakçılar zalda Baydeni gözləməli olublar. Onsuz sessiyanın başlanması mümkün deyildi.

Bayden keçən həftə Kambocanın paytaxtı Pnompendə Şərqi Asiya Sammitinin açılışına da gecikmişdi.

G20-nin hazırkı sammitinin iştirakçıları ərzaq və enerji təhlükəsizliyi, rəqəmsal transformasiya prosesi və səhiyyə məsələləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

İclas noyabrın 16-dək davam edəcək.