Bayden İranla oyundan əvvəl futbolçulara nə deyib?

ABŞ Prezidenti Co Bayden İran millisini minimal hesabla məğlub edən ABŞ yığması haqda danışıb.

Globalinfo.az bildirir ki, ölkə rəhbəri DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanmaq münasibətilə milli komandanı təbrik edib:

“Məşqçi və futbolçularla danışanda dedim ki, siz bacaracaqsınız. Həqiqətən də, onlar bunu bacardılar. ABŞ birdir, İran sıfırdır! Oyun bitdi!”

B qrupunda ABŞ 5 xal toplayaraq, DÇ-2022-nin pley-off mərhələsinə adını yazdırıb. Onlar 1/8 finalda Niderland milli komandası ilə qarşılaşacaq.