Bayden-Ərdoğan görüşünün tarixi və detalları məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşünün vaxtı və gündəliyi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, iki ölkə liderləri sabah – iyulun 11-də yerli vaxtla saat 18:00-da bir araya gələcəklər.

Ağ Ev Ərdoğanın bəyanatlarından sonra Türkiyənin Avropa Birliyinə tam üzvlüyü prosesini dəstəklədiyini açıqladı.

Qeyd edək ki, Türkiyə Prezidenti iyulun 11-i saat 12:00-da Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Ayşən Mustafa
Globalinfo.az