R48vJrEm3fGONVk9rCDAP5oyzKLx7cBjXEEiupjF 1200

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu, onun BMT kürsüsündən vida nitqi və yəqin ki, beynəlxalq səhnədəki son çıxışlarından biri olub.

Çıxış beş dəqiqəlik gecikmə ilə başlayıb və təxminən 25 dəqiqə davam edib. Hərçənd bu cür çıxışlar üçün rəsmi müddət 15 dəqiqədir.

Bayden çıxışında bir dəfə Putini, doqquz dəfə Ukraynanı xatırladıb və ABŞ-ın Kiyevə qələbəyədək dəstək verəcəyini bəyan edib.

Məzmun baxımından ABŞ-ın 46-cı prezidenti gözlənildiyi kimi, yalnız dörd illik səlahiyyət müddətində əldə etdiyi nailiyyətlərə diqqət yetirib. Lakin bu müddətin “faciələrsiz ötüşmədiyini” də etiraf edib.

Ağ Evin rəhbəri digər mövzular arasında iqlimi, təhlükəli xəstəliklərlə mübarizəni və süni intellektin inkişafını qeyd edib:

“Gələcək illərdə bizim liderliyimiz üçün süni intellektlə necə davrandığımızdan daha böyük sınaq olmayacaq”.

Bayden Qətər və Misirə atəşkəs və girov razılaşması təklif etdiklərini, bu razılaşmanın BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini deyib.

O İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün iki dövlətli həllin əhəmiyyətinə də toxunub və Yaxın Şərqdə sülh prosesinin davam etməli olduğunu vurğulayıb.

Çıxışı zamanı İranın nüvə məsələsinə də toxunan Bayden, İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyini bildirib.

O, həmçinin beynəlxalq ictimaiyyəti süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsini təmin etmək üçün əməkdaşlığa dəvət edib.

Bayden dünya liderlərini və beynəlxalq ictimaiyyəti sülh və ədalət naminə birgə işləməyə çağıraraq, onlara bəşəriyyətə xidmət etməyi heç vaxt unutmamalı olduqlarını xatırladıb.

Paylaş: