“ABŞ-ın Ukraynaya dəstəyi azaltmayacaq”.
Globalinfo.az xbər verir ki, bunu ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Varşavada çıxışı zamanı deyib.
“Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq… Son 1 ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir” – deyə Bayden bildirib.
Bayden ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb.
ABŞ prezidenti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.