bayden 46

Bayden dönəmində ABŞ büdcəsinin kəsiri maksimal həddə – ümumilikdə 6,6 trilyon dollara çatıb.

Globalinfo.az xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərdən sonra ortaya çıxıb.

Məlumata görə, 2021-ci ildə kəsir 2,8 trilyon dollar yəni ABŞ ümumdaxili məhsulunun 13%-i həcmində olub. 2022-ci ildə kəsir 1,4 trilyon dollara enib, 2023-də isə 1,7 dollara yüksəlib. Cari ilin ilk altı ayında isə ABŞ büdcəsində kəsir 758,2 milyard dollar olaraq müəyyən edilib.

Baydendən fərqli olaraq onun sələfi Tramp dönəmində ümumi kəsir 5,6 trilyon dollar təşkil edib.

Paylaş: