BAXCP sədri Azər Ayxanı təbrik etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Globalinfo.az saytının Baş redaktoru, Əməkdar jurnalist Azər Ayxanı rəhbərlik etdiyi media resursunun fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli Azər bəy,

Sizi və Globalinfo.az saytının bütün əməkdaşlarını fəaliyyətə başlamağınızın birinci ildönümü münasibətilə təbrik edirəm.

Globalinfo.az-ın informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafının yaratdığı kəskin rəqabət mühitində, həm də çox qısa müddətdə ölkənin sayılıb-seçilən media resurslarından birinə çevrilməsi böyük uğurdur.

Şübhəsiz ki, belə bir nəticənin əldə edilməsində sizin şəxsi təcrübəniz, işgüzarlığınız, bilik və bacarığınız önəmli rol oynayıb. Uğurlarınızın davamlı olmasını arzulayır, Sizə və Qlobalinfo.az-ın əməkdaşlarına möhkəm cansağlığı diləyirəm”.