Bomba həyəcanı: Batumi-İstanbul reysi təxirə salındı

Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə xəbər yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Birinci Kanal” məlumat yayıb.

Hava limanına bomba qoyulması barədə anonim məlumat daxil olduqdan sonra Batumi-İstanbul reysi 2 saat müddətinə təxirə salınıb.

Şirkətdən verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 17:40-da uçmalı olan reys yalnız saat 19:40-da uçub.

İstehkamçılar hadisə yerinə gəlsələr də, hər hansı partlayıcı qurğu tapmayıblar.