Batumi bulvarında bədbəxt hadisə: Batut uçdu, ölən var

Batumidə bədbəxt hadisə baş verib.

Globalinfo.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, güclü külək attraksionda batutu uçurub. Nəticədə batutun üzərindəki uşaqlardan biri ölüb.

Hadisə Batumi bulvarında, Ardaqani gölünün yaxınlığında baş verib. Qəfil qalxan güclü külək batutu çevirib və təxminən 150 metr məsafəyə qədər uçurub.

Batutda olan 8 yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanaya çatdırılana qədər həyatını itirib, digər 3 yaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı “Təhlükəsizlik qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: