Batma təhlükəsi ilə üzləşən daha iki nəfər xilas olundu

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Sabirabad” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində xilasetmə əməliyyatı həyata keçirib.

FHN-dən Globalinfo.az-a bildirilib ki, əməliyyat nəticəsində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.