1688222234 1686938818 1686935107 648c95199700c648c95199700d168693480920c6c7610091b3768a494f38b26c03f9

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Globalinfo.az  xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu “Şəmkir” dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.

Paylaş: