Başqa ölkəyə sığınan şəxs Azərbaycana qayıtsa, onu nə gözləyir? – Cavab

“Azərbaycan vətəndaşı başqa ölkəyə qaçqın kimi sığınarsa, istənilən vaxt Vətənə qayıda bilər”.

Bu sözləri Globalinfo.az-ın sualını cavablandıran Dövlət Miqrasiya Xidməti, Beynəlxalq əməkdaşlıq idarəsinin şöbə rəisi Aygül Abbaszadə deyib.

“Həmin şəxs ölkəsinə qayıdırsa, deməli, burada təzyiqə, təhdidə məruz qalmır. Hər biz Azərbaycan vətəndaşı ölkəyə gələ bilər. Lakin digər ölkəyə sığınan şəxsə qarşı öz ölkəsində təzyiq yoxdursa, artıq həmin şəxs qaçqın statusunu itirə bilər”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az