Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, finalda “Xəzri” və “Neftçi” klubları üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 65:61.

Qeyd edək ki, ötən mövsüm “Gəncə” komandası bu titula sahib çıxıb.