IMG 20240307 WA0010 scaled 1

“Baş Qərargah rəisini işdən çıxarmaq barədə planlar yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Biz İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevinin və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barın istefaya göndərilməsi planlarının olduğuna dair yayılan xəbərləri təkzib edirik. Netanyahunun təhlükəsizlik sistemində yüksək vəzifə tutan məmurları işdən çıxarmaq planları barədə yayılan xəbərlər həqiqətə uyğun deyil, nifaq və təfriqə salmaq məqsədi daşıyır”, – Baş nazirin ofisi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: