Baş Prokurorluq: “Elçin Sadıqov hüquqi xidmətlərlə təmin edilib”

 

 

Bəzi sosial şəbəkə səhifələrində və saytlarda təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, bununla əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər – Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.