Baş prokurordan dəhşətli cinayət barədə açıqlama – VİDEO

Bu, dəhşətli hadisədir. Bizi çox narahat edir. Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib.

Globalinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Əhməd Əhmədovun 5 ailə üzvünü qətlə yetirməsi barədə Real TV-yə danışarkən deyib.

“Belə şəxsin cəmiyyətdə, azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı aidiyyəti qurumlar qarşısında təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub. Ki, cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”, – deyə Kamran Əliyev bildirib.