İctimaiyyətə Araiklə bağlı məlumat veriləcək – Rəsmi

Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq əməliyyat qrupu yaradılıb.

Globalinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hazırda bütün istintaq hərəkətləri Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara uyğun həyata keçirilir:

“Azərbaycan xalqı bu istintaqın gedişatı, onun nəticələri ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. İstintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək”.

“Azərbaycanın Ermənistanda əsir saxlanılan iki hərbçisinin qaytarılması təmin olunacaq”, – deyə Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.