Baş prokuror Binəqədidəki partlayışdan danışdı

Binəqədi rayonunda baş verən partlayışla bağlı istintaq hərəkətləri davam edir.

Globalinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.

“İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib”, – Kamran Əliyev qeyd edib.