Baş prokuror: “563 apellyasiya protesti təmin edilib”

2022-ci ildə dövlət ittihamçıları tərəfindən yuxarı instansiya məhkəmələrinin qərarlarından verilmiş 563 apellyasiya protesti təmin edilib.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə Baş Prokuror Kamran Əliyev deyib.

Baş Prokuror bildirib ki, bu say verilmiş protestlərin 51.3 faizi deməkdir.

Qeyd olunub ki, kassasiya protestləri üzrə isə bu göstərici müvafiq olaraq 157 və ya 24.5 faizdir: “Kassasiya protestləri əməlin tövsifi, qanunun tətbiqi və hüquqi məsələlərlə bağlıdır”.