Baş nazirin şəxsi nömrəsi internetə “sızdırıldı”

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın şəxsi telefon nömrəsi internetə “sızdırılıb”.

Globalinfo.az Axar.az xəbər verir ki, bu barədə “Sun” qəzeti məlumat yayıb.

Məlumata görə, bu, Sunakın illərdir istifadə etdiyi eyni nömrədir. Bildirilib ki, bir il əvvəl hakimiyyətə gələndə ona yeni ayrıca nömrə verilib, lakin internetdə “sızan” məlumat köhnə nömrənin işlək olduğunu göstərib.