Baş nazirin mühafizəçiləri hazırlığa başladı – səfərqabağı gərginlik

 

İyulun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Vardenis bölgəsinə səfəri gözlənilir.

Globalinfo.az xəbər verir ki, səfərin məqsədi Vardenis sakinlərinə açıqlanmayıb.

Ancaq maraqlı məqam ondan ibarətdir ki, Paşinyanın səfərinə “qızğın” hazırlıq gedir. Belə ki, artıq “Vətəndaş sazişi” Partiyasının sadiq üzvlərinin qeydiyyatı aparılır. Yalnız xüsusi razılıq verilmiş şəxslər cangüdənlər ordusunun mühasirəsini qıraraq Nikol Paşinyana yaxınlaşa biləcəklər.

Bu hazırlıqda məqsəd səfər zamanı xoşagəlməz halların (baş nazir hücum, “satqın” adlandırılması və s.) yaşanmasının qarşısını almaqdır.

Əliyar Xəlil
Globalinfo.az