Baş nazir Trampın planını ifşa etdi: “Aylardır deyirəm”

karni

“ABŞ Prezidenti Donald Tramp ölkəmizi parçalamaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib.

O, qələbə nitqində bu barədə danışıb.

“Aylardır xəbərdar etdiyim kimi, Vaşinqton torpağımızı, suyumuzu, resurslarımızı, ölkəmizi istəyir. Bunlar boş təhdidlər deyil. Tramp bizi sındırmağa çalışır. Bu, heç vaxt olmayacaq. Lakin həm də dünyamızın əsaslı şəkildə dəyişdiyi reallığını qəbul etməliyik”, – baş nazir vurğulayıb.

Karni böhrana baxmayaraq, Trampla görüşəcəyini və ABŞ-la ticarət müharibəsində qalib gəlməyə çalışacağını vəd edib.

Günay Rəsulqızı
Globalinfo.az