Baş nazir oğlunu istefaya göndərdi – Səbəb

Yaponiyanın Baş naziri Fumio Kisida oğlu Setaro Kisidanı öz katibi vəzifəsindən istefaya göndərib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb Setaro Kisidanın atasının iqamətgahında keçirdiyi şənlikdən fotoların mediada yayımlanması olub.

Məlumata görə, ötən həftə Setaro və qohumlarının iqamətgahın simvolik vacib yerlərində çəkilən fotoları yayılıb. Sözügedən yerlərdə adətən Nazirlər Kabineti üzvlərinin rəsmi foto çəkilişi həyata keçirilir.

Kisida oğlunun davranışının siyasi katibə uyğun olmadığını bildirərək onu vəzifəsindən azad edib.