Parlament hökumətin hesabatını qəbul etdi – YENİLƏNİB

Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.

Globalinfo.az bildirir ki, hesabat parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədi Baş nazir Əli Əsədov təqdim edib.

Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

***11:53

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Hazırda isə Milli Məclisin komitə sədrləri hesabat ətrafında çıxış edirlər.

***11:14

“Bu gün Nazirlər Kabineti 2023-cü ildəki fəaliyyəti ilə bağlı Milli Məclisdə hesbat verir. Belə bir hesabatlılıq hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkaşdaşlığa böyük fayda verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ilə dair hesabatını təqdim edərkən deyib.

“Prezident İlham Əliyevin rəbərliyi ilə şanlı ordumuz tərəfindən 2023-cü ilin sentyabrında keçirilən tədbirlər nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi. Bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Məhz fevralın 7-də keçirilən seçkilərin əsas xüsusiyyəti o idi ki, müstəqlik dövründə ilk dəfə seçkilər bütün Azərbaycan ərazisində keçirildi”, – baş nazir bildirib.

Ayşən Mustafa
Globalinfo.az