Türkiyənin “Ankaragücü” klubunun sabiq prezidenti Faruk Qoca həbs edilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, buna funksionerin ötən mövsüm futbol hakimi Xəlil Melerə hücum etməsi səbəb olub.
O, 3 il 7 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Qoca meydana daxil olaraq, baş hakim Xəlil Meleri yumruqla vurub.