“Barselona”nın sabiq futbolçusundan Azərbaycan çempionatında qeyri-adi hərəkət – VİDEO

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş “Sumqayıt” – “Sabah” oyununda maraqlı hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, qarşılaşmanın 61-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kristian Sebalyos top rəqib qapıçı İlnur Valievin əlində olarkən başı ilə topu ondan alıb boş qapıya vurub. Matçın baş hakimi Cavid Cəlilov qayda pozuntusunu qeydə alaraq, qolu saymayıb.

“Barselona”nın yetirməsi olan, K.Sebalyosun qeyri-adi hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

***

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Globalinfo.az xəbər verir ki, bağlanış oyununda “Sabah” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Görüş Bakı klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. 28 xalı olan “Sumqayıt” isə 8-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.