“Barselona” türk futbolçunu transfer etdi

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hazırkı ölkə çempionu son olaraq İngiltərə “Mançester Siti”sində çıxış etmiş İlkay Gündoğanın keçidini rəsmiləşdirib.

Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.