xuan laporta

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

“Report”un məlumatına görə, 62 yaşlı funksioner abidənin önünə əklil və gül dəstələri qoyub.

Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.

c630956e eae2 3fd9 ae39 65da2b917079 850

***

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Zəfər parkını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, Kataloniya klubunun rəsmisinə Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, La Liqa klubunun prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gəlib.

Paylaş: