Barda dava salan keçmiş deputat güllələndi

Dağıstan Xalq Məclisinin keçmiş deputatı Əhməd Həmzəyev güllələnərək öldürülüb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, xəbəri Həmzəyevin qızı təsdiqləyib.

Onun sözlərinə görə, atası artıq dəfn olunub.

Bildirilir ki, qətl avqustun 26-da Moskva vilayətində baş verib.

Qeyd edək ki, may ayında Həmzəyev Moskvada barlardan birinin mühafizəçiləri tərəfindən döyülmüşdü. Həmin vaxt həkimlər onun çənəsinin sındığını bildirmişdilər.

Bar işçilərinin sözlərinə görə, keçmiş deputat ofisiantlara və qonaqlara sataşmış, həmçinin dava salmışdı.