Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunları keçirilir.
Globalinfo.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Barselona” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib.
İspaniya klubu rəqibini böyük hesabla məğlub edib – 7:2. Bu nəticə ilə “Barselona” turnirin 1/4 final mərhələsinə yüksəlib.
Qalan üç oyun isə gecə saat 00:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, “Nyukasl” bundan əvvəl “Qarabağ“la qarşılaşmış və ümumi hesab 9-3 olmuşdu.