WhatsApp Image 2025 08 25 at 10.18.42

Rusiyanın Saxalin vilayətinin İturup adasındakı Baranski vulkanı ərazisində itkin düşmüş 10 turist sağ tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kuril bələdiyyə dairəsinin rəhbəri Konstantin İstomin məlumat yayıb.

O bildirib ki, 10 nəfər Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə xilas edilib, səhhətləri qənaətbəxşdir.

Qrupun bələdçiləri qatı duman səbəbindən itdiklərini deyiblər. Qeyd edilir ki, qrup bir anda yolu azıb və Sakit okeana doğru gedib. Onlar leysan yağışlı havada piyada getdiklərini və rütubət səbəbindən xəbərdarlıq fişəngi yandıra bilmədiklərini vurğulayıblar.

Qeyd edək ki, bir qədər əvvəl İturup adasında yerləşən Baranski vulkanı ərazisində 10 nəfər turistlə əlaqə kəsilmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: