Baqratın görüş təklifinə Paşinyanın “cavabı”

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) rəhbərlik etdiyi etiraz aksiyası davam edir.

Globalinfo.az xəbər verir ki, mayın 28-də saat 10:00-da Sardarapat memorial kompleksində mitinq başlayıb.

Baqrat Ermənistan Baş naziri Nikol Paşinyanı görüşə çağırsa da, onun gəlmədiyini bildirib:

“Həmin şəxs iki səbəbdən gəlmədi. Birincisi, başa düşdü ki, bura onun yeri deyil. İkincisi, kənardan deyiblər ki, getmə!

O adamın artıq ölkəmizlə heç bir əlaqəsi yoxdur. Özü də tarixi və real Ermənistanla bağlı cəfəng bəyanatlar verib”.

Leyla Əlisoy
Globalinfo.az