Baqrat Paşinyana kömək etdi – Malyan

“Baqrat Qalsantyanın yaratdığı hərəkatın sonu çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni müxalifətinin simalarından sayılan Narek Malyan deyib.

“Təəssüf ki, vətənpərvərlərin çoxu keşiş Baqratın fəaliyyətinə ümidlə baxırdılar. Bu hərəkatdan yeganə faydalanan indiki hökumət idi.

Baqrat hərəkatı əvvəlcədən müəyyən edilən idi və bitmiş faktdır. Artıq ona inam yoxdur. Bunun əsas səbəbləri isə baş nazirliyə namizədin yanlış seçilməsi və hakimiyyət dəyişikliyi üçün proqramın olmamasıdır”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az